Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

24.02.2025

Lerik Rayon Mədəniyyət Mərkəzi və Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə Lerik şəhər A. Nuriyev adına 1 saylı texniki fənlər təmayüllü liseyində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı-tarixi qan yaddaşımız” adlı tədbir keçirilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra iştirakçılara Xocalı soyqırımı barədə ətraflı məlumat verilib. Xocalıda erməni silahlı birləşmələrinin törətdiyi insanlıq faciəsinin ağır nəticələri, soyqırımın beynəlxalq səviyyədə tanınmasının əhəmiyyəti xüsusilə vurğulanıb.

Bildirilib ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək, torpaqlarımızı işğaldan azad edib və Xocalı şəhidlərinin də qisası alınıb. Müasir Azərbaycan gəncliyi bu faciəni unutmamalı, tariximizin qanlı, lakin qəhrəmanlıq səhifələrindən ibrət alaraq vətənpərvərlik ruhunda yetişməlidir.

Tədbirin sonunda Xocalı soyqırımının dəhşətlərini və faciə qurbanlarının acı taleyini əks etdirən "Ümid işığı" filmi nümayiş olunub.