Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

24.02.2025

 Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı Regional bölməsi,Gənclər və İdarəsinin Masallı sektoru, Masallı “Gənclər Evi” sosial xidmət müəssisəsi, Masallı Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə muzeydə Xocalı soyqırımı 33-cu il dönümü ilə əlaqədad “Xocalıya qayıdış” adlı tədbir keçirilib.

Tədbirdə təşkilatçı qurumlarının nümayəndələri, qazilər, gənclər və kollec tələbələri iştirak edib.

İlk öncə Xocalı soyqırımı qurbanlarının və vətənin azadlığı, suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva Xocalı soyqırımı və bu faciə ilə bağlı fikirlərini bölüşərək erməni qəsbkarlarının xalqımıza qarşı törətdikləri vəhşilikdən söhbə açıb.

Sonra Mərkəzi Kitabxananın əməkdaşı Günay Xəlilova mövzu ilə bağlı geniş məruzə edib.

Çıxışlarda vurğulanıb ki, bu gün burada təkcə Xocalı şəhidlərinin yad etmək üçün deyil, həm də haqq- ədalətin bərpası uğrunda keçdiyimiz çətin, lakin qürurlu yolu bir daha xatırlamaq üçün toplaşmışıq. Müzəffər Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi.

Yekunda tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan foto sərgi ilə tanış olublar.