26.02.2025
Astara rayon Heydər Əliyev Mərkəzində BMT-nin “Uşaq hüquqları haqqında Konvensiya”sı üzrə “Peşə təhsili” haqqında tədbir keçirilib.
Tədbirdə Z.Əhmədzadə adına Pensər kənd 2 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə mərkəzin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, peşə təhsilinin rolu, nüfuzu Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq daha da artdı. İlk dəfə olaraq, peşə təhsilinin məzmununun fəhlə kadrları hazırlamağa deyil, sahibkar ola biləcək müasir bacarıq və səriştələrə malik mütəxəssis yetişdirməyə doğru təkmilləşdirilməsinə başlandı.
Sonra mərkəzin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.