Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Konstutusiya və Suverenlik ili

26.02.2025

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstutusiya və Suverenlik ili” elan edilməsi ilə əlaqədar fevralın 26-da Astara rayon Heydər Əliyev Mərkəzində tarix dərsi keçirilib.

Tarix dərsində Astara rayon Şağlazüzə kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

Tarix dərsində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzinin baş fond mühafizi Elza Kazımova çıxış edərək bildirmişdi ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Bu qərar, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır. Ötən dövrdə olduğu kimi, cari il ərzində həyata keçiriləcək genişmiqyaslı islahatlar da Azərbaycan xalqının hüquqi dövlət quruculuğu yolunda irəliləməsinə zəmin yaradacaq.

Sonra “2025-ci il Konstutusiya və Suverenlik ilidir" mövzusunda film nümayiş olunub.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.