25.02.2025
Fevralın 25-də "Binyamin Gallery" tərəfindən təşkil olunan "XOCALIM" adlı rəsm müsabiqəsində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin rəsm studiyasının şagirdləri uğur qazanıblar.
Studiyanın şagirdlərindən Fatimə Panəlizadə I yerə, Mələk Qasımova II yerə layiq görülüb. Digər beş şagird isə sertifikatla təltif olunub.
Qeyd edək ki, müsabiqədə ümumilikdə 93 şagird iştirak edib.