23.02.2025
Lənkəranda "Bilik Arenası" çərçivəsində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş intellektual turnirin I turu keçirilib.
Fevralın 23-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin birgə təşkilatçılığı, “3sual.az” intellektual oyunlar platformasının dəstəyi ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində keçirilən turnir "Nə? Harada? Nə zaman?" formatında reallaşıb.
Turnirdə Lənkəran üzrə 12 komanda iştirak edib.
Qeyd edək ki, Lənkəranla yanaşı, Qazax, Quba, Göyçay, Hacıqabul və İsmayıllıda da baş tutan turnir iki turdan ibarət olacaq. İkinci turun yekununda qalib və mükafatçılar ümumi turnir cədvəlinə əsasən müəyyən ediləcək.