28.02.2025
Fevralın 28-də Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır”mövzusunda mərkəzin əməkdaşları və gənclər üçün maarifləndirici təlim keçirilib.
Təlimi giriş sözü ilə açan mərkəzin yanğına qarşı cavabdeh şəxsi Anar Məmmədov əməkdaşların və gənclərin maariflənməsi məqsədi ilə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Təlim çərçivəsində mülki müdafiə sisteminin əhəmiyyəti, təhlükəsizlik xidmətləri kompleksində rolu, təbii fəlakətlərin və digər bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı təlimatlar verilib.