28.02.2025
Fevralın 28-də Lənkəran Dövlət Dram Teatrı Masallı Rayon Mədəniyyət Mərkəzində dramaturq Rəhman Əlizadənin "Günah" tamaşası ilə çıxış edib.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Fuad Hüseynov, rejissor köməkçisi Nuranə Nəcəfovadır.
Tamaşada rolları: Teymur Hacızadə, Mələykə Cəfərova, Emin Fərzullayev, Ayşən Əsədova, Əməkdar artist Sucəddin Mirzəyev, Allahverən Babayev, Rauf Zeynalov, Buludxan Buludov, Səyad Əliyev, Qızılgül Quliyeva ifa ediblər.
Tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.