28.02.2025
Fevralın 28-də Astara rayon Heydər Əliyev Mərkəzində 3 mart Beynəlxalq Yazıçılar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Astara rayon S.Nəsirov adına Seləkəran kənd ümumi orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, dövlətin ədəbi ictimaiyyətə qayğısı böyük idi. Ulu Öndər Heydər Əliyev 1971-ci ildən başlayaraq yazıçılarının bütün ali məclislərində iştirak etmişdir. Proqram xarakterli geniş və dolğun nitqlərində Heydər Əliyev yazıçılar Birliyinin qarşısında dayanan vəzifələr, xalqın və dövlətin taleyində ədəbiyyatın yeri və rolu barəsində dəyərli fikirlər söyləmiş, söz ustalarımızı respublikamızın həyatında onun inkşafında fəal mövqe tutmağa çalışmışdır.
Sonra mərkəzin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.