03.03.2025
Martın 3-də Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində 3 Mart- Ümümdünya Vəhşi Təbiət Günü ilə əlaqədar "Təbiəti qoruyaq,heyvanları sevək " mövzusunda tədbir keçirilib.
Tədbirdə Z.Bünyadov adına şəhər 2 saylı tam orta məktəbin müəllimi Ramilə Qafarova və hazırlıq sinfinin şagirdləri iştirak ediblər.
Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova təbiətdə olan bitkilər və heyvanlar haqqında şagirdlərə məlumatlar verib.
Yekunda şagirdlərlə ev və vəhşi heyvanları necə tanıyıram mövzusunda intellektual yarış keçirilib.