03.03.2025
Martın 3-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi ,Yeni Azərbaycan Partiyası Masallı Rayon təşkilatı və Masallı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan qadınları ölkəmizin inkişafı prosesində fəal iştirak edirlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə şəhid analarının, Vətən müharibəsi iştirakçılarının ailə üzvləri və rayonun fəal qadınları iştirak edib.
İlk öncə Ulu öndər Heydər Əliyevin eləcədə vətənin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq qeyd edib ki, yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə olmuşdur.
Sonra Şəhid anası Mehriban Sultanova çıxışında vurğulayıb ki, ölkəmizdə dövlət-qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayıraraq, onların hərtərəfli fəaliyyətinə geniş meydan vermiş, lider qadınlar yetişdirmişdir.
Daha sonra Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, rayon ziyalısı Göyçək Ələsgərova, rayon İcra Hakimiyyətinin əmıkdaşı Nigar Kərimova mövzu ilə bağlı fikirlərini ifadə ediblər.