04.03.2025
Martın 4-də Yardımlı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbində görkəmli yazıçı kinossenarist və rejissor Maqsud İbrahimbəyovun 90 illiyi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Uşaq şöbəsinin əməkdaşı Eldəniz Heydərov Maqsud İbrahimbəyovun 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2025-ci il tarixli sərancamı haqqqında məlumat verib. O Maqsud İbrahimbəyovun həyat və yaradıcılığı haqqıda danışaraq onun parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarından biri olduğunu qeyd edib.
Vurğulanıb ki, yazıçının eyni zamanda dramaturq, kinossenarist və rejissor kimi Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm xidmətləri vardır. Milli koloritin qabarıq təsviri, adət-ənənələrə bağlılıq, xüsusən Bakı mühitinin özünəməxsus mənzərəsinin təsviri Maqsud İbrahimbəyov yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdir. Maqsud İbrahimbəyovun hekayə və povestlərinin qəhrəmanları – böyüklər və uşaqlar – milyonlarla oxucu üçün yaxşı tanış və dost olub.
Yekunda şagirdlər Maqsud İbrahimbəyovun ”Dənizdə qasırğa” romanından bir parçanı ucadan oxuyublar.