04.03.2025
Martın 4-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində İ.Şəkərov adına Hamarkənd kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə 'Ulu Öndər Heydər Əliyevin xalqımızın taleyində rolu" adlı tarix dərsi keçirilib.
Dərsdə Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət açılıb, onun uşaqlara göstərdiyi diqqət və qayğıdan, təhsilə verdiyi önəmdən, gənclərin sağlam ruhda tərbiyə olunmaları üçün atdığı addımlardan bəhs edilib.
Sonda mərkəzdə mövcud olan sərgi və eksponatlarla tanışlıq olub.