04.03.2025
Martın 4-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Konstitusiya və suverenlik ili" ilə əlaqədar icra olunan layihələrdən biri olan "Odlar diyarının məğlubedilməz ordusu" adlı layihənin ilk tədbiri keçirilib.
Tədbirdə Yardımlı rayon Nizami Cəbiyev adına Çayüzü kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
Mərkəzin baş fond mühafizi Zeynəb Məmişzadə "Konstitusiya və suverenlik ili" çərçivəsində mərkəz tərəfindən icra olunacaq layihələr, bu ilin elan olunmasında əsas məqsəd və mahiyyəti barədə məlumat verib. Z.Məmişzadə həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin bərpa olunmasında böyük qəhrəmanlıq göstərmiş ordumuzun keçdiyi inkişaf yolundan, işğal altında olan ərazilərimizin yağı tapdağından xilas olunması naminə hərbçilərimizin misilsiz xidmətlərindən söz açıb.
Sonra "Antiterror:23 saat" sənədli filmi nümayiş olunub.
Yekunda tədbir iştirakçıları mərkəzdə mövcud olan sərgi və eksponatlara baxış keçiriblər.