04.03.2025
Martın 4-də Masallı rayon Öncəqala kənd kitabxana filialının təşkilatçılığı ilə Ətrafil Məmmədov adına Öncəqala kənd tam orta məktəbində “Nağıl saatı” keçirilib.
Nağıl saatında filial müdiri Fidan Məmmədova tərəfindən müxtəlif nağıllar oxunub və nağıl qəhrəmanları haqqında uşaqlara suallar verilib.
Qeyd edək ki, belə tədbirlərin keçirilməsi uşaqların kitab sevgisini artırmaq, onların təxəyyülünü inkişaf etdirmək və oxu vərdişlərini gücləndirmək məqsədi daşıyır.