05.03.2025
Martın 5-də Masallı rayon Mərkəzi Kitabxanasında 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan olunması münasibətilə, "Hüquqlarımızın qorunmasında Konstitusiyanın rolu" adlı tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən baş kitabxanaçı Ağahüseyn Hüseyni Konstitusiyanın ölkəmizin hüquqi əsaslarını və xalqımızın azadlıq və hüquqlarını necə qoruduğunu vurğulayıb.
Daha sonra kitabxananın baş biblioqrafı Günay Xəlilova məruzəsində, Konstitusiyanın insanların hüquq və azadlıqlarının qorunmasındakı əvəzsiz roluna danışıb.Məruzəçi, Konstitusiyanın ölkəmizdə suverenlik və demokratik inkişaf üçün necə vacib bir sənəd olduğunu diqqətə çatdırıb.