05.03.2025
Martın 5-də Lerik Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında elan olunmuş “Konstitusiya və Suverenlik İli” çərçivəsində Valeh İbrahimov adına Lerik şəhər İnternat tipli İnteqrasiya təlimli Gimnaziyanın yuxarı sinif şagirdlərinin iştirakı ilə maarifləndirici görüş keçirilib.
Görüşdə Mərkəzin əməkdaşı Bahar Mürsəliyeva Azərbaycan Konstitusiyasının tarixi əhəmiyyəti, Ulu Öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasındakı rolu barədə məlumat verərək, dövlətimizin müstəqilliyinin qorunmasında hüquqi əsasların önəmini vurğulayıb.
Tədbirdə şagirdlər üçün “Konstitusiyanın əsas prinsipləri”, “Dövlət suverenliyi nədir?”, “Vətəndaşların hüquq və vəzifələri” mövzusunda təqdimat nümayiş edilərək, interaktiv sual-cavab sessiyası təşkil olunub.
Qeyd edək ki, görüşün keçirilməsində məqsəd şagirdlərə Konstitusiyanın mahiyyəti, dövlətin suverenliyi və vətəndaşların hüquq və vəzifələri barədə biliklər vermək, onların hüquqi dünyagörüşünü inkişaf etdirməkdir.