Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənc rəssamların ”XOCALIM” müsabiqəsində uğuru

25.02.2025

Fevralın 25-də "Binyamin Gallery" tərəfindən keçirilən "XOCALIM" adlı rəsm müsabiqəsində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin rəsm studiyasının istedadlı şagirdləri uğur qazanıblar.

Lənkəranlı gənclərin bu qələbəsi onların sənətə olan sevgisinin və vətənpərvərlik ruhunun parlaq təzahürüdür.

Qeyd edək ki, bu müsabiqə gənc rəssamların istedadını üzə çıxarmaqla yanaşı, Xocalı faciəsinin unudulmaması və yeni nəslə doğru şəkildə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyıb.