Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda Xocalı soyqırımı ilə bağlı dəyirmi masa keçirilib

26.02.2025

Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə mərkəzdə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbir Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova gənclərə Xocalı soyqırımının dəhşətləri barədə ətraflı məlumat verib və bu acı tarixin gələcək nəsillərə düzgün şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.

Yekunda iştirakçılar “Xoca” filmini izləyiblər.