06.03.2025
Martın 6-da Masallı Tarix-Diyarşünaslıq Muzeyində tarix dərsi keçirilib. Konstitusiya və Suverenlik ilinə həsr olunan tarix dərsində Yavər Ağayev adına Bala Təklə kənd tam orta məktəbin şagirdləri iştirak edib.
Muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova və Nazənin Heydərzadə Müstəqil Azərbaycanın Konstitusiyanın yaradılması, fəsilləri və ölkədə Suverenliyin bərpa olunması tarixindən mühazirə edərək qeyd ediblər ki, Dövlət Suverenliyi və Konstitusiya Azərbaycanın müstəqil, demokratik və hüquqi dövlət olduğunu bir daha təsdiq edir.