06.03.2025
Masallı rayon Mərkəzi Kitabxanasında 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan kitabxana əməkdaşı Gülər Piriyeva, 8 martın tarixi və qadınların cəmiyyətdəki rolundan danışıb. O, qadınların ailədə, iş həyatında və cəmiyyətin inkişafında əvəzolunmaz xidmətlər göstərdiyini vurğulayıb.
Daha sonra kitabxananın digər əməkdaşı Həbibə Hüseynova məruzə ilə çıxış edib. O, qadın hüquqları, onların sosial həyatda fəallığı və elm, təhsil sahəsində qazandıqları uğurlar barədə geniş məlumat verib.
Sonda tədbir iştirakçıları qadınları bayram münasibətilə təbrik edib və xoş arzularını bildiriblər.