Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda Novruz bayramının gəlişi ilə bağlı tədbir keçirilib

06.03.2025

Martın 6-da Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirilib.

Masallı Uşaq və Gənclər Şahmat Məktəbinin şagirdlərinin iştirakı ilə keçirilən bayram əhval ruhiyyəli tədbirdə muzeyin əməkdaşları Nazənin Heydərzadə və Dilgüşə Məmmədova uşaqlara Novruz bayramının yaranma tarixi, çərşənbələri, adətləri, bu ayda insanların məşğuliyyət və inancları haqqında geniş məlumat veriblər.

Bayram tədbirindən sonra balaca şahmatçılar muzeyə və qalereyaya ekskursiya edərək burada yerləşən eksponat və tablolarla da yaxından tanış oldular.