Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qadın hüquqları və gender bərabərliyi

07.03.2025

Martın 7-də Cəlilabad rayon Komanlı kənd kitabxana filialının təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar Günü ilə əlaqədar "Qadın hüquqları və gender bərabərliyi" mövzusunda dəyimi masa keçirilib.

Tədbirdə Komanlı kənd məktəbinin müəllimələri iştirak edib.

Tədbirdə filial müdiri Şəbnəm Baxşəliyeva çıxış edərək bildirib ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

Sonda tədbir iştirakçıları mövzu ilə bağlı çıxış edərək fikirlərini ifadə ediblər.