10.03.2025
Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, şair, tərcüməçi, pedaqoq Mikayıl Rzaquluzadənin 120 illik yubileyi münasibətilə “Mikayıl Rzaquluzadə-120” adlı tədbir keçirilib.
Tədbirin açılışını kitabxana əməkdaşı Şəmsurə Nəsirova edərək bu mühüm şəxsiyyətin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Onun təqdimatında, Mikayıl Rzaquluzadənin ədəbiyyata və mədəniyyətə olan töhfələri, xüsusilə də onun əsərlərinin bugünkü nəsillərə verdiyi dəyər vurğulanıb.
Daha sonra kitabxana əməkdaşı Arzu Hüseynova məruzə edərək, yazıçının 20-dən çox şeir və nəsr əsəri toplanmış kitabın, 60 tərcümə kitabının müəllifi olduğunu bildirib.Həmçinin qeyd olunub ki, Mikayıl Rzaquluzadə ədəbiyyat sahəsində xidmətlərinə görə iki medal, üç dəfə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.