10.03.2025
Martın 10-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 33-cü il dönümünə və Yardımlı rayonunun Milli Qəhrəmanı Bəhruz Mansurovun anım gününə həsr olunan inşa müsabiqəsinin yekunlarına dair tədbir keçirilib.
Tədbirdə Yardımlı rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayon üzrə sektorunun müdiri Kamal Təhməzov, ümumtəhsil məktəblərinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak edib.
Tədbirdə çıxış edənlər tədbirin mahiyyətindən, bu mövzuların hər bir vətəndaş tərəfindən diqqətdə saxlanılmasının önəmindən, o cümlədən Xocalı faciəsinin tarixindən, xalqımıza qarşı yönələn amansız erməni vandalizmindən, Vətən müharibəsində əldə etdiyimiz zəfərdən söz açıblar. Çıxışçılar həmçinin Yardımlının Milli qəhrəmanı Bəhruz Mansurovun həyatı, qəhrəmanlığı haqqında da məlumat veriblər, gənclərimizi bu mövzuları diqqətdə saxlamağa və vətənpərvər olmağa çağırıblar.
Yekunda inşa müsabiqəsinin qalibləri "Diplom" və hədiyyələrlə mükafatlandırılıb və xatirə şəkilləri çəkilib.