Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalqın Bəxtiyar şairi

10.03.2025

Astara rayon Mərkəzi kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə əlaqədar “Xalqın Bəxtiyar şairi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Astara şəhər  M.Ə.Sabir adına 1 saylı orta məktəbin VI sinif şagirdləri  və müəllimləri iştirak edib.

Tədbiri giriş sözü ilə kitabxananın Oxuculara Xidmət şöbəsinin müdiri Yaqut Nəzərova açaraq şairin həyat və yaradıcılığı barədə məlumat verib.

Sonra kitabxananın Metodika və biblioqrafiya şbəsinin müdiri Nərgiz Məhərrəmova mövzu ilə bağlı məruzə edib.

Mövzu ətrafında çıxışlarda M.Ə.Sabir adına 1 saylı orta məktəbin dil-ədəbiyyat müəllimi Gülayə Babayeva çıxış edib.

Yekunda məktəbin şagirdləri Bəxtiyar Vahabzadənin poeziyasından şeirlər səsləndiriblər.