Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mütailə sevərlərin kitab klubu

11.03.2025

Masallı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən Qodman kənd kitabxana filialının və GİKM-in Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə əməkdaşlığı ilə "Kitab klubu" fəaliyyətə başlayıb.

Mütailə sevərlərdən ibarət klubun ilk görüşündə kitabxana filialının müdiri Sevanə Mənsimova kitab oxumağın hər bir gəncin şəxsi inkişafında mühüm yer tutduğunu vurğulayıb və klubun fəaliyyətinə uğurlar arzu edib.

Görüş zamanı əsasən dedektiv janrında olan kitablardan söhbət açılıb. Klub üzvləri oxuduqları kitablar haqqında danışaraq, müzakirələr aparıblar.

Qeyd edə ki, belə fəaliyyətlər, kitabsevərlərin oxuma marağını artırmaq, onların ədəbi müzakirələrə qatılmalarını təmin etmək və eyni zamanda, oxu mədəniyyətini genişləndirmək məqsədi daşıyır. Kitab klubu, iştirakçılara həm də yeni kitablara dair fikirlərini bölüşmək və bir-birilərindən öyrənmək imkanı yaradır.