Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yel çərşənbəniz mübarək

11.03.2025

Martın 11-də Lerik rayon Mərkəzi Kitabxanasında Yel çərşənbəsi münasibətilə tədbir keçirilib.

Tədbirdə Lənkəran - Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyev, Mədəniyyət müəssisələrinin rəhbərləri və şəhid Amid Heydərov adına 2-saylı Uşaq bağçasının kollektivi iştirak ediblər.

Tədbirə gələn qonaqlar uşaqları bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar.

Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə tədbirə xüsusi zövq qatıblar.

Sonda uşaqlara bayram sovqatları təqdim edilib.