Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

31 Mart soyqırımı-XX əsrin unudulmayacaq vəhşiliyi

13.03.2025

Martın 13-də Astara Tarix-Diyarşünaslıq Muzeyində 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Astara şəhər 5 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə təqdimatla çıxış edən muzeyin direktor vəzifəsini icra edən Şahin Əliyev 31 mart soyqırımı zamanı erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı kütləvi soyqırım törədildiyini, soyqırım nəticəsində dinc əhalinin kütləvi surətdə qətlə yetirildiyini, kəndlərin yandırıldığını və milli mədəniyyət abidələrinin məhv edildiyini diqqətə çatdıraraq qeyd edib ki, Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

Sonra mövzu ilə bağlı muzeyin kiçik-elmi işçisi Rəna Əskərova məruzə edib. Daha sonra məruzə ətrafında müəllim və şagirdlər fikirlərini bildiriblər.

Yekunda şagirdlər muzeyə ekskursiya ediblər.