13.03.2025
Martın 13-də Astara rayon Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyev və qadın siyasəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun yaxın qohumları, YAP Astara rayon təşkilatı, Astara rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının əməkdaşları, F.Əliyarov adına şəhər 6 saylı, E.Ağayev adına Səncərədi kənd tam orta, S.Əliyev adına Rüdəkənar kənd ümumi orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən qadınlarla bağlı imzalanmış fərman və sərəncamlar Azərbaycanda dövlət qadın siyasətinin formalaşmasına böyük təkan verdi. Əsası qoyulmuş bu dövlət qadın siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi, daha da yüksək səviyyədə həyata keçirilməyə başladı.
Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.
Daha sonra “Azərbaycan qadın siyasəti” qısa sənədli filmi nümayiş olunub.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.