Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “ Novruzun tarixi” mövzusunda tarix dərsi keçirilib

11.03.2025

Martın 11-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunan “ Novruzun tarixi” mövzusunda tarix dərsi keçirilib.

Ə. Mirzəyev adına Qızılavar kənd tam orta məktəbində keçirilən tarix dərsində məktəbin VIII , IX sinif şagirdləri və müəllim kollektivi iştirak edib.

Vətənin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən məktəbin direktoru Lətifə Qənbərzadə milli-mənəvi dəyərləri özündə yaşadan adət ənənələrin gənc nəsillərə ötürməyin vacibliyini xüsusi vurğulayıb.

Sonra muzeyin əməkdaşı Nazənin Heydərzadə “Çərşənbələr” adlı mühazirə edərək bərəkət, ruzi, barışıq rəmzi olan Novruz adətləri haqqında geniş məlumat verib.

Daha sonra muzeyin digər əməkdaşı Dilgüşə Məmmədova sərgiyə çıxarılan qədim muzey eksponatları ilə şagirdləri tanış edərək onların hazırlanma və məişətdə istifadəsi barədə yeniyetmələrə maraqlı məlumatlar verib.