12.03.2025
Martın 12-də Cəlilabad rayon Mollalı kənd kitabxana filialının təşkilatçılığı ilə Kürdlər kənd tam orta məktəbində "2025-ci il Konstitusiya və Suverenlik İlidir" mövzusunda tarix dərsi keçirilib.
Dərsdə məktəbin VI sinif şagirdlərinin iştirak edib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mollalı kənd kitabxana fillialının kitabxanaçısı Əsmər Əliyeva çıxış edərək bildirib ki, Müstəqil Azərbaycanın Konstitusiyanın yaradılması, fəsilləri və ölkədə Suverenliyin bərpa olunması tarixindən mühazirə edərək qeyd edib ki, Dövlət Suverenliyi və Konstitusiya Azərbaycanın müstəqil, demokratik və hüquqi dövlət olduğunu bir daha təsdiq edir.
Yekunda şagirdlər mövzu ilə bağlı çıxış edərək fikirlərini ifadə ediblər.