13.03.2025
Martın 13-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində muzeyin məşvərətçi qurumu olan Elmi Şurasının iclası keçirilib.
Elmi Şuranın sədri və muzeyin direktoru Əntiqə Tağıyeva Şuranın müzakirəsinə çıxarılan məsələlərlə bağlı tərtib olunan akt və sənədlərlə üzvləri tanış etdikdən sonra son üç ay müddətində muzeydə və muzeydən kənar görülən işlər barədə geniş məlumat verib. Ə.Tağıyeva müzakirəyə çıxarılan məsələlər barədə fikirlərini bölüşərək üzvlərin də öz təklif və rəylərini söyləmələrini xahiş edib.
Sonra şura üzvləri mədəniyyət sahəsində aparılan optimallaşma, daha geniş fəaliyyət prinsipli inkişaf və innovativ təşəbbüslərə yol açan vacib platformalardan danışaraq uğurlu yüksəliş üçün birgə əməkdaşlığın yaradılması vacibliyini vurğulayıblar.
Şura üzlərinin təklif və rəylərinindən sonra müzakirə olunan məsələlər üzrə qərar qəbul edilib.