Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Torpağı Vətənləşdirən Milli Qəhrəman

13.03.2025

Martın 13-də Astara rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Astara rayon Z.Əhmədzadə adına Pensər kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, Vətən qaladır. Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır. Biri-birinə arxa-dayaq olan bu qayaların ürəkləri Vətən sevgisiylə, Vətən eşqiylə döyünür. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir, şəhadətləriylə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi.

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.

Yekunda “Mübariz İbrahimov” qısa sənədli filmi nümayiş olunub.