14.03.2025
Novruz bayramı milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Milli Bayramımızdır. Bu münasibətlə martın 14-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib.
Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran-Astara Regional Gənclər İdman İdarəsinin rəisi Teymur Babazadə və mədəniyyət nümayəndələri, şəhid ailələri, qazilər, idmançılar iştirak edib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Ləkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tədbir iştirakçılarını salamlayaraq xalqımızın əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə onları təbrik etdib. Natiq çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 30 illik Qarabağ həsrətinə son qoyaraq 44 gündə torpaqlarımızı düşmən tapdağından azad etdi və artıq 5 bahardır ki, bayram tonqalları Şuşada, Ağdamda və digər azad edilmiş torpaqlarımızda alovlanır.
Sonra Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə çıxışna tədbir iştirakçılarını təbrik edib, onlara gözəl bayram əhval-ruhiyyəsi arzulayıb. Natiq çıxışında həmçinin ötən dövr ərzində idmançılarımızın qazandıqları uğurlardan söhbət açaraq onlara daha da yüksək qələbələr arzulayıb.
Daha sonra bədii hissə Nənələr Folklor Kollektivi, Babalar Xor Kollketivi, Ay Lolo mahnı və rəqs kollketivi və Lənkəran şəhər Mədəniyyət Mərkəzinin solistləri, cənubun sevilən ifaçılarının iştirakı ilə davam edib. Zövq oxşayan musiqi nömrələri, şeirlər, rəqslər və bir-birindən maraqlı Novruz səhnəcikləri, idmançıların çıxışı, xüsusi zövqlə bəzədilmiş sərgilər tədbiri daha da rəngarəng edib.Həmçinin Novruzun əsas atributlarından olan Kosa ilə Keçəl öz duzlu-məzəli çıxışları ilə tədbir iştirakçılarında ruh yüksəkliyi yaradara, bayram tədbirinə xoş ab-hava bəxş ediblər.