Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yerli yazarlarla görüş

13.03.2025

Yardımlı rayon Mərkəzi Kitabxanasında rayonda fəaliyyət göstərən ”Dağ çiçəyi” ədəbi birliyinin üzvləri ilə oxucuların görüşü keçirilib.

Öncə torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yerli yazar Əlisafa Əhmədov tədbir iştirakçılarını salamlayaraq ”Dağ çiçəyi”ədəbi birliyinin yaranması və fəaliyyəti haqqında geniş məlumat verib.

Ədəbi birliyin üzvləri yazar Mustafa Mehralı, Əlövsət Viləş, İsmət Əzizov çıxış edərək yeni şeirlərindən parçalar söyləyiblər.

Kitabxana əməkdaşı Gündüz Manafov, Yardımlı Peşə məktəbinin direktoru Ruslan Ataşlı çıxışlarında ”Dağ çiçəyi”ədəbi birliyinin uzvlərinə yaradıcılıq uğurları arzulayıblar.