14.03.2025
Yardımlı rayon Tarix - Diyarşünaslıq muzeyində Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun doğum günü ilə bağlı tədbir keçirilib.
İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Milli Qəhrəman Bəhruz Mansurovun həyat və döyüş yolu haqqında geniş məlumat verilib.
Tədbirdə çıxış edən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev Azərbaycanın müstəqilliyi uğrunda gedən proseslər barədə ətraflı məlumat verib.
Milli Qəhrəman Bəhruz Mansurovun qardaşı I və II Qarabağ müharibəsi iştirakçısı Bəhram Mansurovda şəhidin həyat yolu haqqında məlumat verib və göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Sonda isə Milli Qəhrəman Bəhruz Mansurovun xatirəsinə həsr olunmuş guşəyə baxış keçirilib və xatirə şəkilləri çəkilib.