Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İşıqlı gələcək naminə narkomaniyaya yox deyək

14.03.2025

Yardımlı rayon Heydər Əliyev Mərkəzində Tədbirlər planına müvafiq olaraq "İşıqlı gələcək naminə narkomaniyaya yox deyək" adlı tədbir keçirilib

Tədbirdə Bürzümbül kənd orta məktəbinin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib.

Mövzu ilə əlaqədar tədbir iştirakçılarına ətraflı məlumat verilib. Narkomaniyanın insan həyatına vurduğu zərərlərdən, bu bəlanın ölkəmizdən də yan keçmədiyindən, gənclərimizin sağlam, işıqlı gələcək naminə bu və ya digər zərərli vərdişlərdən uzaq durmalarının əhəmiyyətindən danışılıb.

Sonra mövzu ilə bağlı videoçarx izlənilib.

Sonda mərkəzdə mövcud olan sərgi və eksponatlarla tanışlıq olub.