Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yenilməz sərkərdə

13.03.2025

Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Konstitusiya və suverenlik ili" ilə əlaqədar icra olunan layihələrdən biri olan " "Yenilməz sərkərdə" adlı layihənin ilk tədbiri keçirilib.

Tədbirdə Yardımlı rayon Alçabulaq kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Mərkəzin baş fond mühafizi Zeynəb Məmişzadə tədbir iştirakçılarına "Konstitusiya və suverenlik ili"nin əhəmiyyəti, mahiyyəti və cari il çərçivəsində mərkəz tərəfindən icra olunacaq layihələr barədə məlumat verib. Z.Məmişzadə həmçinin adı çəkilən layihə haqqında qeyd edib:44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni işğalçıları üzərində Zəfər qazandı. Qazanılan bu tarixi Zəfər nəticəsində illərdən bəri pozulmuş ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə siyasətini uğurla davam etdirən dövlət başçımız, ordu quruculuğuna da böyük diqqət və qayğı ilə yanaşdı. Müxtəlif islahatlar nəticəsində ordu daha da təkmilləşdi, müasir standartlara uyğun şəkildə inkişaf etdirildi. Məhz bu qətiyyətin sayəsində ermənilər torpaqlarımızdan qovuldular"

Sonra mövzuya uyğun olaraq "A əməliyyatı" adlı sənədli film nümayiş olunub.

Yekun olaraq tədbir iştirakçıları mərkəzdə mövcud olan sərgi və eksponatlarla tanış olublar.