14.03.2025
Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclər İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə “İntellektual Klubların I Masallı Liqası” adlı bilik yarışı baş tutub!
Yarışın açılışı Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və GİKM-in Masallı bölməsinin rəhbəri Orxan Əliyevin giriş nitqləri ilə gerçəkləşib.
İki turdan ibarət olan intellektual sınaqda 9 komanda bilik və zəkanın zirvəsi uğrunda mübarizə aparıblar. Gərgin və maraqlı mübarizənin sonunda qaliblər müəyyən olunub:
1-ci yer: Gold Time
2-ci yer: Cyber Board
3-cü yer: VIP və Zəka
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd yalnız qalibiyyət deyil, eyni zamanda gənclərin düşünmə tərzini inkişaf etdirmək, komanda ruhunu gücləndirmək və intellektual mühit yaratmaqdır