Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda Ailə və mənəvi dəyərlər mövzusunda tədbir keçirilib

14.03.2025

Masallı Dövlət Rəsm Qalereyası və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı altında Ailə siyasətinin həyata keçirilməsi istiqamətində işlərin effektli və qurumlarla koordinasiyasının gücləndirilməsi məqsədilə tədbir keçirilib.

“Ailə institutu və mənəvi dəyərlər “ başlığı altında keçirilən maarifləndirici tədbirdə Masallı Tibbi məktəbinin tələbə və müəllim kollektivi iştirak edib.

İlk öncə vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Qalereyanın direktor əvəzi Təhmasib Məcidov Azərbaycan dövlətinin ailə siyasəti barədə məlumat verərək bildirdi ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Bu qiymətli sərvət yad təsirlərdən qorunmaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edilməklə zənginləşdirilir. Buna görə də hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab oluna bilər.

Sonra çıxış edən muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova ailədə sadiqlik qarşılıqlı hörmət və məsuliyyət anlayışlarına mədəni mənəvi dəyərlər kontekstindən yanaşaraq asalaşması, həmçinin müasir həyatımızda milli və dini ənənələrin yaşadılmasına, ailə daxili münasibətilərin möhkəmlənməsinə töhfə verə bilən məsələlərdən geniş danışaraq bununla bağlı yeniyetmə və gənclərə tövsiyələr verib.