Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Uzun illərin əziyyətinin nəticəsi:ərazi bütövlüyümüz” adlı tədbir keçirilib

14.03.2025

Martın 14-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Mirimli kənd orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə "Konstitusiya və suverenlik ili" ilə əlaqədar "Uzun illərin əziyyətinin nəticəsi:ərazi bütövlüyümüz" adlı tədbir keçirilib.

Mərkəzin baş fond mühafizi Zeynəb Məmişzadə ilk öncə tədbirin mahiyyətindən söz açıb və 30 il ərzində torpaqlarımızın yağı tapdağında qalmasından, atəşkəsin bərpa olunmasından, 1993-cü ildən etibarən orduzuma göstərilən xüsusi-diqqət və qayğıdan, ordumuzun və dövlətimizin 30 ilə yaxın bir müddətdə keçdiyi əziyyətli yoldan, bu əziyyətin bəhrəsi olaraq ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasından danışıb.

Sonra mövzuya uyğun olaraq "A əməliyyatı" adlı sənədli film nümayiş olunub.

Mərkəzdə mövcud olan sərgi və eksponatlara baxış keçirildikdən sonra tədbirə yekun vurulub.