Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mikayıl Rzaquluzadə -120

17.03.2025

Martın 17-də Masallı rayon Mərkəzi Kitabxanasında Mikayıl Rzaquluzadənin anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirilib.

Kitabxananın əməkdaşı Gülər Piriyeva, Mikayıl Rzaquluzadənin şair, nasir və tərcüməçi kimi çoxşaxəli yaradıcılıq fəaliyyəti və dünya ədəbiyyatının təbliğindəki xidmətlərini vurğulayıb.

Gülər Kərimova isə Mikayıl Rzaquluzadənin təhsil və iş həyatı, o cümlədən müxtəlif vəzifələrdə çalışdığı və ədəbiyyat sahəsindəki xidmətləri barədə məlumat verib. Həmçinin qeyd edib ki, Rzaquluzadənin "Qaranquş yuvası", "Ağ dana" və digər əsərləri gənclər tərəfindən sevilərək oxunub. O, ədəbiyyat sahəsindəki nailiyyətlərinə görə müxtəlif mükafatlarla təltif edilib.