17.03.2025
Martın 17-də MİHİ Masallı rayon komitəsi, Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Heydər Əliyev Mərkəzi, Onbirillik Masallı şəhər İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə Novruz şənliyi keçirilib.
Onbirillik İncəsənət Məktəbində keçirilən tədbirdə mədəniyyət nümayəndələri, Masallı rayon İcra Hakimiyyətinin əməkdaşı, məktəbin şagird və müəllim kollektivi, şəhid övladları iştirak ediblər.
Əvvəlcə məktəbin foyesində təşkil olunmuş sərgilərə baxış keçirilib.
Sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin və Ümummilli lider Heydər Əliyevin əziz ruhu bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin hazırladığı Ümumilli lider Heydər Əliyevin Novruz şənliklərindəki çıxışlarından ibarət videorolik təqdim edilib.
Bədii hissə məktəbin müəllim və şagirdlərinin ifasında konsert proqramı ilə davam edib. Tədbirdə həmçinin Novruzun əsas atributlarından olan Kosa ilə Keçəl öz duzlu-məzəli çıxışları ilə iştirakçılarda ruh yüksəkliyi yaradaraq, bayram tədbirinə xoş ab-hava bəxş ediblər.
Tədbirdə MİHİ Masallı rayon komitəsi tərəfindən şəhid övladlarına bayram hədiyyələri təqdim olunub.
Tədbir məktəbin həyətində hazırlanmış tonqalın alovlanması ilə yekunlaşıb.