18.03.2025
Martın 18-də Astara Dövlət Rəsm Qalereyasında Novruz Bayramına həsr olunmuş açıq dərs təşkil olunub.
Açıq dərsdə uşaqlar Novruzun rəmzlərini, adət-ənənələrini və baharın gəlişini əks etdirən rəsmlər çəkiblər.
Yekunda fərqlənən istedadlı uşaqlara diplomlar təqdim edilib.
Qeyd edək ki, belə dərslərin təşkili uşaqların bacarıqlarını nümayiş etdirmələri və sənətə olan sevgilərini ifadə etmələri üçün gözəl bir imkan yaradır.