17.03.2025
Martın 17-də İntiqam Əsgərli adına şəhər 3 saylı orta məktəbin I sinif şagirdləri müəllimlərinin müşayiəti ilə Mərkəzi Kitabxanaya ekskursiya ediblər.
Ekskursiya zamanı məktəblilərə kitabxananın fəaliyyəti, burada mövcud olan uşaq ədəbiyyatı və kitabxanadan istifadə qaydaları haqqında ətraflı məlumat verilib. Şagirdlər müxtəlif maraqlı kitablarla tanış olub, onlarla oxumağın əhəmiyyəti barədə söhbət aparılıb.
Sonda xatirə şəkilləri çəkilib və şagirdlər öz təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, bu cür ekskursiyalar uşaqlarda kitaba maraq oyatmaq, onların dünyagörüşünü genişləndirmək və mütaliə vərdişlərini formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.