16.03.2025
Martın 16-da Cəlilabad rayon Privolnoye kənd mədəniyyət evi və kitabxana filialı ilə birgə Novruz bayramı münasibətilə əlaqədar "Yurdumuza yaz gəlib" adlı şənlik keçirilib.
Tədbirdə kənd ərazi nümayəndəliyinin əməkdaşları, şəhid ailələri, 1 və 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
İlk öncə çəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı Novruz bayramında adət və ənənələrdən danışılıb.
Sonra Kosa və Keçəl, məktəbilərin ifasında mahnılar, şeirlər, səhnəciklər təqdim olunub.