Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada Novruz bayramı qeyd edilib

18.03.2025

Martın 18-də Astara şəhəri dənizkənarı park- bulvarda milli ənənələrimizi əks etdirən "Novruz" bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.

Dədə Qorqudun çağırışı ilə başayan tədbirdə Bahar qızı, Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə bayram tonqalı alışdırılıb, rayonun özfəaliyyət kollektivlərinin iştirakı ilə aşıq musiqisi, şən mahnılar və rəqslər ifa olunub.

Rayon rəhbərliyinin iştirak etdiyi tədbirin iştirakçıları əvvəlcə milli adət ənənə, milli kulinariya, milli tikmə, dekorativ tətbiqi və təsviri sənət nümunələrindən ibarət sərgi, rayonun tarixini, etnoqrafiyasını əks etdirən eksponatlarla, tanış olublar. Eyni zamanda rayon idmançılarının çıxışları tədbirə rəng qatıb.