18.03.2025
Martın 18-də Yardımlı rayon Hamarkənd kənd Folklor klubunun və Anzov kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə "Elimizə Novruz Gəlir" başlığı altında tədbir keçirilib.
Tədbirdə əvvəlcə vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Novruz bayramının tarixi və adət-ənənələri haqqında məlumat verildikdən sonra, tədbir iştirakçılarına bayram münasibətilə təbriklər ünvanlanıb.
Tədbirin bədii hissəsi şagirdlərin ifasında şeirlərlə, yumoristik səhnələr və rəqslərlə davam edib.