Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda Novruz bayramı qeyd edilib

19.03.2025

Martın 19-da Yardımlı rayon Mədəniyyət Mərkəzində "Novruz" bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.

Tədbirdə rayon rəhbərliyi, mədəniyyət işçiləri, şəhid ailələri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.

Əvvəlcə Novruz bayramı ilə əlaqədar sərgiyə, əl işlərinə baxış keçirilib.

Sonra tədbir bayram personajlarının, məktəblilərin, klub üzvlərinin iştirakı ilə baş tutan müxtəlif səhnəciklər və musiqi nümunələri ilə davam etdirilib.

Sonda şəhid övladları ilə birgə bayram tonqalı alovlandırılıb.